Məkkədəki fırtınadan sonra Həcc ziyarətində olan azərbaycanlıların vəziyyəti açıqlandı

20 Avqust, 2018 15:20 | Həyat Tərzi | Baxış sayı: 396
Kəbə
Kəbə

Ziyarətdə olan QMİ nümayəndələri ilə telefon əlaqəsi saxlanılıb və...

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Həcc ziyarətində olan azərbaycanlı zəvvarların vəziyyəti ilə bağlı açıqlama yayıb. Məlumata görə, Məkkə şəhəri və ətrafında qeyri-sabit hava şəraiti ilə əlaqədar ötən gün və bu gün hazırda Məkkədə olan QMİ nümayəndələri ilə telefon əlaqəsi saxlanılıb. 

Bildirilib ki, Həcc qrupları rəhbərlərinin verdiyi məlumata görə, azərbaycanlı zəvvarlar həcc ibadətlərini normal qaydada davam etdirir, bütün zəvvarlarımız sağ və salamatdır.

Meydana gələn qeyri-sabit hava şəraitindən həcdə olan Azərbaycan vətəndaşlarının heç biri zərər çəkməyib: "Sentyabr ayının 1-dən etibarən zəvvarlarımız əvvəlcədən müəyyənləşdirilmiş qaydada qrup-qrup Vətənə qayıtmağa başlayacaqlar".

Qeyd edək ki, bu il Həcc ziyarəti üçün Azərbaycana 1440 kvota ayrılıb. Bu il Həcc ziyarəti üçün qiymət 4150 dollar müəyyən edilib. Ötən il olduğu kimi, Azərbaycandan təkrar Həcc ziyarətinə gedəcək zəvvarlar əlavə 535 dollar ödəyiblər./report/