Fırtına Kəbənin örtüyünü uçurdu VİDEO

20 Avqust, 2018 11:10 | Həyat Tərzi | Baxış sayı: 710
Kəbə
Kəbə

Milyonlarla müsəlman, o cümlədən azərbaycanlıların Həcc ziyarətinə getdiyi şəhərdə çətin anlar yaşandı

Milyonlarla müsəlmanın Həcc ziyarətini yerinə yetirdiyi müqəddəs şəhərdə fırtına olub. İstiPress-in məlumatına görə, Məkkə və Ərafat da meydana gələn güclü külək, yağış - fırtına zəvvarlara çətin anlar yaşadıb. 

Məlumata görə, güclü külək hətta Kəbənin hər il dəyişdirilən örtüyünü də uçurub. Fırtına dayanan kimi örtük yerinə yerləşdirilib. Fırtına yarım saata yaxın davam edib.

Xatırladaq ki, 2015-ci ildə güclü külək Məkkədə tikinti işləri aparaan qaldırıcı kranın aşmasına səbəb olmuşdu. Bu faciə nəticəsində onlarla zəvvar ölmüşdü. 

Xatırladaq ki, bu il Həcc ziyarəti üçün Azərbaycana 1440 kvota ayrılıb. Bu il Həcc ziyarəti üçün qiymət 4150 dollar müəyyən edilib. Ötən il olduğu kimi, Azərbaycandan təkrar Həcc ziyarətinə gedəcək zəvvarlar əlavə 535 dollar ödəyiblər.