Qızımın xaç atası olarsız? - prezidentə gözlənilməz təklif

20 İyul, 2019 15:06 | Həyat Tərzi | Baxış sayı: 138
Vladimir Putin və  Oliver Stoun
Vladimir Putin və Oliver Stoun

Vladimir Putinin Oliver Stounla söhbətində maraqlı an

Dünya şöhrətli məşhur rejissor Rusiya prezidenti Vladimir Putindən qızının xaç atası olmasını istəyib. Söhbət Oliver Stoundan gedir.

Bir neçə gün öncə Putin adıçəkilən rejissora müsahibə verib. Bu zaman o bir neçə dəfə xaç atası olduğunu deyib. Dövlət başçısı deyib ki, xaç atası olmaq  fəxrdir. Xaç suyuna salmadan imtina etmək olmaz. 

"Onda mən sizdən qızımın da xaç atası olmağınızı xahiş edə bilərəm", deyə Stoun qeyd edib. 

Putin isə deyib ki, əvvəlcə bunu onun özündən soruşmaq lazımdır. Rejissor da onunla razılaşıb və xatırladıb ki, qızının 22 yaşı var.