Onu yeyən qocalmayacaq

20 İyul, 2019 11:51 | Həyat Tərzi | Baxış sayı: 306
Əncir
Əncir

Tərkibi vitamin və minerallarla zəngin olan bu meyvə cəmi 63 kaloridir

Əncir bir çox xəstəliyin müalicəsində ən əffektiv təbii müalicə vasitəsidir. Onun həm qurusundan, həm də yaşından istifadə mümkündür.

Kalsium qaynağı hesab edilən əncirin 100 qramında cəmi 63 kalori var. Quru əncirdə isə bu rəqəm 284 kaloridir. Əncir A, B1, B2, C vitaminləri ilə, o cümlədən kalsium, dəmir, fosfor və s. ilə zəngindir.

Gündə 2 ədəd təzə əncir bir stəkan südə bərabərdir. Bunun üçün də özəlliklə inkişaf dövründə olan uşaqlara, hamilə, süd verən analar üçün olduqca vacib meyvədir. Südə allergiyası olanlar da onu asanlıqla daha faydalı əncirlə əvəz edə bilərlər. 

Əncir
Əncir

Yüksək lif dəyərləri ilə qəbzliyin qarşısını alır. Bunun üçün pəhrizlərin də tərkibində öz yeri var.

Öskürək, bronxit, astma kimi xəstəlikləri olanlar da rahatlıqla istifadə edə bilər. 

B vitamin qrupu karbohidrat, protein sayəsində metobolizmanı sürətləndirir. 

Əgər vaxtsız yaşlanmaq istəmirsinizsə müntəzəm olaraq əncir yeyin. Yüksək səviyyədə antioksidan tərkibi var. Bunun üçün də o hüceyrə yenilənməsini sürətləndirir, vaxtsız qocalığın, qırışların qarşısını alır. 

Gündə iki ədəd əncir xolestrolu tənzimləyir, təzyiqi qaydaya salır.

Dəmir əksizkliyi olanlar da ənciri gündəlik qida rasionlarına əlavə etməlidirlər. 

Lakin unutmaq olmaz ki, bütün faydalarına baxmayaraq əncir də bir meyvədir və onun tərkibində şəkər də var. Bunun üçün də istifadəsində həddi aşmamaq məsləhətdir. Çox istifadə bağırsaqlarınızın da işini poza bilər.