Xoşbəxt olmaq üçün nə qədər yataq?

20 İyun, 2017 10:30 | Həyat Tərzi | Baxış sayı: 202
Yuxu
Yuxu

Əgər 6 saat 48 dəqiqədən az yatırsınızsa....

Xoşbəxt olmaq üçün gün ərzində 7 saat 6 dəqiqə yatmaq lazımdır. İstiPress-in məlumatına görə, alimlərin yeni araşdırmaları belə deməyə əsas verir.  

Yeni araşdırmada minlərlə insan iştirak edib. Nəticədə müəyyən edilib ki, tam xoşbəxt insanlar məhz bu qədər yatır. Qismən xoşbəxt olanların yuxu müddəti isə 6 saat 54 dəqiqədir. 

Ümumiyyətlə 6 saat 48 dəqiqədən az yuxu narazılıq əlamətlərinin artması deməkdir. Belə yuxu rejimi olanlar münasibətlərindən narazıdırlar, daima narahatdırlar.

Mütəxəssislər müəyyən ediblər ki, adətən normal yuxu vaxtına riayət edirlər və yuxu saatı azaldıqca xoşbəxtliyin səviyyəsi də aşağı düşür. 

Möhkəm yatmağın sadə yolları da müəyyən edilib. Belə ki, təcrübəyə qatılan könüllülərdən yatmazdan öncə duş qəbul edən və ya meditasiya edənlərin yuxusunun daha keyfiyyətli olduğu bəlli olub. Videooyunlarla oynamağa üstünlük isə yuxusuzluq yaradıb.  

Bundan əlavə müəyyən edilib ki, hər gün eyni vaxtda yatan insanlar digərləri ilə müqayisədə daha uğurlu olurlar.