Qadın sərxoş uşaq doğdu

20 Aprel, 2019 09:29 | Həyat Tərzi | Baxış sayı: 153
Körpə
Körpə

Körpənin qanında 4 promil spirt aşkar edilib

Litvadakı doğum evlərindən birində qəribə hadisə baş verib. Sərxoş körpə dünyaya gəlib. Klaypedski Universiteteinin xəstəxanasında doğulan qız uşağının qanında 4 promil spirt aşkar edilib. 

Körpənin anası 35 yaşlı qadın olub. Məlumata görə, doğuşa gələrkən qadın sərxoş vəziyyətdə olub. Nəticə isə özünü doğulan uşaqda da göstərib.

Həkimlərin sözlərinə görə, qadının vəziyyəti stabildir. Ancaq uşaq haqqında hələlik bunu demək olmaz. Onlar spirtin körpənin qanından təmizlənməsi üçün nə qədər vaxt lazım olacağını deməyə çətinlik çəkiblər.

"Gözəl qızdır. 2,5 kq çəkisi var. Normal görünür. Amma sonra nə olacağını demək çətindir", deyə xəstəxananın neonatoloq həkim bildirib.

Qeyd edk ki, hətta böyük insanların qanında 2,5 promil spirt  sərxoşluğun ağır dərəcəsi hesab edilir. 4 promildə isə ürəyin fəaliyyətinin pozulması belə mümkündür.