Dünyada bir ilk - sonsuz qadın ana oldu

20 Fevral, 2020 10:18 | Həyat Tərzi | Baxış sayı: 186
Hamilə
Hamilə

Xərçəng müalicəsi alan qadın 5 il sonra hamilə qalıb

Fransada xərçəng xəstəliyi səbəbilə kimyaterapiya alaraq sonsuz qalan qadın ana olub. Bu dünya tarixində bir ilkdir.

"Sky News"un məlumatına görə, fransız qadın 29 yaşında süd vəzi xərçəngi olub. Kimyaterapiyadan öncə qadından götürülən 7 yumurta hüceyrəsi vitro üsulu ilə laboratoriyada böyüdülüb. Bundan sonra yumurtalar hüceyrə məhvi və buzlama riskini aradan qaldırmaq üçün maye azotun içəriisndə sürətlə dondurulub. 

Uzun illər müalicə alan qadın 5 il sonra ana olmaq istəyib. lakin aldığı ağır müalicələrdən sonra onda sonsuzluq meydana gəlib. Bu zaman köməyə dondurulan yumurtalar çatıb. 

Embrionlardan biri onun bətninə yerləşdirilib. Qadın Fransada sağlam oğlan uşağı dünyaya gətirə bilib. 

Həkimlərin sözlərinə görə, daha öncə yumurtalarına vitro yetişdirmə müalicəsi tədbiq edilən bir xərçəng xəstəsininin uğurlu hamiləlik keçirmədiyini qeyd ediblər. Onların sözlərinə görə, yeni üsul xərçəngin yenidən yaranma riskini də aaradna qaldırıb.