Ana-ata olmaq istəyənlər üçün möhtəşəm qidalar FOTO

20 Fevral, 2020 12:47 | Həyat Tərzi | Baxış sayı: 233
Hamiləlik
Hamiləlik

Bu məhsullar hamilə qalmaq şansını yüksəldir

Ətraf mühitin sağlamlığımıza artan ziyanlı təsiri, stresli həyat tərzi valideyn olmaq istəyənlərin qarşısına çıxan əsas problemlərin mənbələrindən hesab edilirlər. Hamiləlik düşünən cütlüklər ilk olaraq həkim müayinəsindən keçməli, lazimi təhlilləri etdirməlidirlər. Bundan sonrakı mərhələ isə ziyanlı vərdişlərdən əl çəkmək və sağlam həyat tərzi keçirməkdir.

Hamilə qalmağı çətinləşdirən ən böyük problem şübhəsiz ki stresdir. Doğum səviyyəsini yüksəldən bəzi qidalar və stresdən uzaq dayanmaq bu istəyinəz daha rahat çatmağınıza kömək edə bilər. Adıçəkilən məhsullar nəsilartırma qabiliyyətini gücləndirir, yumurta və sperma keyfiyyətini yüksəldir. Bəs bu məhsullar hansılardır?

Lobya, mərcimək 
Qadınlarda yumurta yetişdirmək və yumurta keyfiyyətini artırmaq üçün ən mükəmməl qida lobiya hesab edilir. Eyni təsir başqa paxlalılar da göstərə bilir. Bunun üçün də süfrənizdən onları əksik etməməyə çalışın.

Tam yağlı süd məhsulları 
Bu məhsullar hormonal balansı bərpa edir, yumurta hüceyrəsinin yaranmasına kömək edir. Söhbət tam yağlı məhsullardan gedir. 

Süd məhsulları
Süd məhsulları

Yaşıl yarpaqlılar 
İspanaq, kahı, brokolli, vəzəri sağlam embrion yaranmasına kömək edir, düşük riskini azaldır.  

Qabaq toxumu 
Dəmirlə zəngindir, sperma sayını artırır və keyfiyyəti yüksəldir. 

Kəpəkli taxıllar
Hamiləlik düşünən qadınlara  bütün həkimlərin məsləhət gördüyü fol turşusu ilə zəngin qidalar sırasındadırlar.

Yumurta 
D vitamini başda olmaqla bol vitamin və mineral tərkiblidir. 

Balıq 
Həkimlər həftədə ən azı 2 dəfə balıq yeməyi məsləhət görürlər. Balığın tərkibi Omega ilə zəngindir. 

İstridyə (yeyilən dəniz ilbizi)
Həm kişilər, həm də qadınlar üçün mükəmməl məhsuldur. Çünki tərkibi sink ilə zəngindir.Bu maddə isə  nəsilartırmaq qabilliyyətini daha da gücləndirir. 

Zeytun yağı, avakado və kanola yağı 
Hər gün azı yarım avakado yeməyə, yeməklərinizi isə adıçəkilən yağlarda hazırlamağa çalışın. 

Banan 
Yumurta hüceyrəsi və sperma keyfiyyəti üçün vacib olan B6 ilə zəngindir. 

Toyuq
Həftədə bir neçə dəfə axşam yeməsyində qəbul edilməsi məsləhətdir. 

Fındıq 
Yumurta və spermadakı DNT-nin qorunmasına kömək edir, E vitamini ilə zəngindir.