Ərəbistanda qadınlarla bağlı inqilab

20 Fevral, 2018 11:15 | Həyat Tərzi | Baxış sayı: 156
Ərəb qadın
Ərəb qadın

Onlar biznes qura bilər

Ötən ildən başlayaraq qadınlara bir-birinin ardınca ölkədə inqilab sayıla biləcək haqqlar verən Səudiyyə Ərəbistanı daha bir gözlənilməz addım atıb. Belə ki, artıq ölkədə moda həftəsi də keçiriləcək. 

Tarixdə ilk dəfə olaraq ölkədə "ərəb moda həftəsi" olacaq. Təşkilatı işlərə rəhbərlik edən Leyla İsa Əbuzeydin sözlərinə görə, bu addım turizmin, mehmanxana biznesi və ticarətin inkişafına böyük təkan verəcək. Dəb həftəsinin 26-31 mart tarixlərində keçirilməsi nəzərdə tutulub.

Tədbirin partnyorları arasında olan şahzadə Nur bint Feysal Əl Saudun sözlərinə görə, məqsəd yerli dizaynerlərə dəstək vermək və bu sahənin inkişafını təmin etməkdir.

Həftə 22 ərəb ölkəsindən olan modelyer, dizaynerləri birləşdirəcək.

Xatırladaq ki, ötən günlərdə ərəb qadınları ilə bağlı daha bir gözlənilməz addım atılıb. Onlara kişi himayədar olmadan öz bizneslərini qurmaq şansı verilib. 

Ölkədəki islahatların müəllifi vəliəhd şahzadə Məhəmməd bin Salmandır. Onun məqsədi qadınların ictimai həyatda daha fəal iştirak etməsini təmin etməkdir. Bu məqsədlə onlara hətta sürücülük hüququ belə verilib. Bundan sonra ərəb qadınları müxtəlif idman yarışlarını da stadionlarda izləyə biləcəklər.