Çindən yayılan yeni virus yenə ölüm gətirdi

20 Yanvar, 2020 11:16 | Həyat Tərzi | Baxış sayı: 59
Virus
Virus

Həftəsonu 136 adam virusa yoluxub

Çində daha bir adam naməlum virusun qurbanı olub. Ölüm faktı bu dəfə Uxan şəhərində qeydə alınıb. Ümumiyyətlə şəhər səhiyyə idarəsindən verilən məlumata görə, virusa yoluxanların sayı 200-ə yaxınlaşıb. 

Ancaq şənbə və bazar günü 136 yeni yoluxma faktı qeydə alınıb. Yeni yoluxanlar arasında qadınlar üstünlük təşkil edir. Onlardan ən gəncinin 25 yaşı, ən yaşlısının isə 89 yaşı var. 

Xatırladaq ki, dekabrın sonunda Çin hökuməti yeni virusun sürətlə yayaılması barədə xəbərdarlıq edib. Ehtimala görə, yeni xəstəliyin mənbəyi koronavirusun yeni tipidir. Koronavirus tənəffüs yollarını iflic edir, sinir sistemi, mədə-bağırsaq aktına ciddi zərər vurur. 

Pekində iddia edirlər ki, virus insandan insana keçmir. Ümumdünya Səhiyyə Təşkilatı isə bunun istisna edilmədiyini açıqlayıb.