Rusiyada müsəlmanlar üçün kanal açılır

19 Dekabr, 2016 16:09 | Həyat Tərzi | Baxış sayı: 54
Peyk kanalı
Peyk kanalı

Peyk kanalı gələn ildən fəalyyətə başlaya bilər

Rusiyada müsəlmanlar üçün xüsusi telekanal açılacaq. İstiPress-in TASS-a istinadla verdiyi məlumata görə, müsəlmanların dini idarəsi peyk kanalın 2017-ci ildən fəaliyyətə işə salmağı planlaşdırır.

Bu barədə açıqlamanı Rusiya Müftilər Şurası rəhbərinin birinci müavini Rusan Abbyasov Moskvada keçirilən mətbuat konfransında verib.

"Peyk kanalı ilə bağlı belə bir fikir var. Bizim ölkəmizdəki xalqların mədəni adət-ənənələri haqqında məlumatlar verilə bilər. İndi razılaşma əldə edilməsi mərhələsindəyik. Görüşlər aparılır. 2017-ci ildə ola bilsin ki, test rejimində olsun". 

Bundan əlavə o qeyd edib ki, hazırda yeni mətbu orqanın kontinenti üzərində də iş aparılır. 

Yayım Rusiya ərazisində və rus dilində olacaq. "Perspektivdə ola bilər ki, ərəb dili və başqa ölkələr də olsun".