Dünyanın ən gözəl qızı seçildi (FOTO)

19 Dekabr, 2016 11:11 | Həyat Tərzi | Baxış sayı: 83
Stefani de Vall - "Kainat gözəli - 2016"
Stefani de Vall - "Kainat gözəli - 2016"

"Kainat gözəli" 19 yaşlı qız olub

Dünyanın ən gözəl qızının adı bəlli olub. İstiPress-in məlumatına görə, ötən gün ABŞ-ın paytaxtı Vaşinqtonda "Grand Theatre"də "Kainat gözəli"nin final mərhələsi baş tutub.

Onlarla ölkəni təmsil edən gözəllər gecəni "That's My Girl" ifasının sədaları altında rəqsləri ilə açıblar.

Bir-biridən gözəl libaslar ilə səhnəyə çıxan gözəllər müsifləri öz bacarıqları, ağılları ilə də heyran etməyə çalışıblar. Bu il "Kainat gözəli" adını isə 19 yaşlı Puerto Rikalı qız qazanıb. Stefani de Vall bütün rəqiblərini qabaqlaya bilib. 

Yeni gözələ tacını ötən ilki müsabiqənin qalibi ispan Mireyi Lalaquna verib. 

İkinci yerin sahibi Dominikan təmsilçisi Yaritza Miqelina Reyes Ramires, üçüncünün isı İndoneziyadan olan Nataşa Mannuela olub. İlk beşliyə Keniya, Fillipin də daxil olub. 

Azərbaycanın şimal qonşusunu yarışda 18 yaşlı Tümenli Yana Dobrovolskaya təmsil edib. Lakin o top 20-yə daxil ola bilməyib.