Ən gözəl 8 birinci xanım (FOTO)

19 Noyabr, 2016 14:10 | Həyat Tərzi | Baxış sayı: 96
Mehriban Əliyeva- Azərbaycanın birinci xanımı
Mehriban Əliyeva- Azərbaycanın birinci xanımı

Siyahıda Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın da adı var

Noyabr ayının 8-də Donald Trampın yeni ABŞ prezidenti seçilməsindən sonra daha çox diqqət ölkənin birinci xanımının üzərinə yönəldi. Onun gənc həyat yoldaşı Melania Trampı ABŞ tarixinin ən gözəl birinci xanımlarından biri hesab edirlər. Lakin dünyada ABŞ-ın keçmiş model olan birinci xanımından daha cazibədar və gözəl birinci xanımlar da var. İstiPress dünyanın ən gözəl 8 birinci xanımını təqdim edir. Onların arasında Azərbaycan prezidenti İlham Əliyevin zərafəti, zövqü və xeyriyyəçilik fəaliyyəti ilə tanınan həyat yoldaşı Mehriban Əliyeva da var. 

Azərbaycan - Mehriban Əliyeva 

Müsəlman ölkəsinin birinci xanımı gözəlliyi, zərafəti ilə nəinki Avropanı, bütün dünyanı heyran qoya bilib. Mehriban Əliyeva öz gözəlliyi, peşəkarlığı və çalışqanlığı ilə dünyanın ən populyar birinci xanımları arasında liderdir.  YUNESKO və İSESKO-nun xoşməramlı səfiri olan Mehriban xanımın üç uşaq anası, nənə olduğuna inanmaq belə çətindir. 

O, dünyanın ən dəbli xanımlarından biri hesab edilir. 

Monakı şahzadəsi - Şarlen Uittsok 

Əslində ona müasir dövrün "Zoluşka"sı da demək olar. Zimbabvedə, Avropadan mühacir edən bir ailədə doğulub. Cazibədar gənc qız CAR-da adi orta məktəbdə müəllimə kimi çalışıb. Əgər 2000-ci ildəki Olimpiada onun yolunu Monako şahzadəsi ilə kəsişdirməsəydi, yəqin ki, müəllimə kimi də qalacaqdı. 2006-cı ildə Şarlen Monakoya gedir və 2011-ci ildə şahzadə Albertin həyat yoldaşı kimi şahzadə titulunu alır.

Peşəkar üzgücü olan Şarlen idman sayəsində gözəl bədən quruluşuna, həm də gözəl zövqə malikdir. 

İordaniya kraliçası - Raniya 

Raniya Əl-Abdulla artıq 17 ildir, şahzadə statusu daşıyır. Amma bu gözəl, zərif, incə və dəbli xanımın 4 uşaq anası, 46 yaşlı qadın olduğuna inanmaq çox çətindir. 2003-cü ildə o daha bir titul qazandı - Britaniyanın "Hello" jurnalı onu dünya eleqantlıq kraliçası elan etdi.

Əslində, o, ərəb qadınları haqqında olan steroitipləri dağıdır; ictimaiyyət içinə dar cinsdə, qısa geyimlərdə, hündürdaban ayaqqabılarda çıxmaqla... Bundan başqa, ölkənin birinci xanımı sosial şəbəkədə də fəaldır. Ancaq "İnstagram" səhifəsinin izləyicilərinin sayı 3 milyona yaxındır. 

Suriya- Əsma Əsəd 

Hazırda müharibə şəraitində olan ölkənin birinci xanımı çətin vəziyyətə baxmayaraq, məşhurluğunu qoruyub saxlamağı bacarıb. Bəşər Əsədin xanımı Londonda anadan olub və Suriyanın Homs şəhərində məskunlaşan sünni məzhəbli bir tayfanın qızıdır. Onun atası məşhur kardioloqdur. Əsma Britaniya paytaxtında kompüter texnologiyası və fransız ədəbiyyatı sahəsində yaxşı təhsil alıb. Bankda da işləyib.

Bəşər Əsədlə uşaqlıqdan tanışdır. Suriyaya tətilə gələndə bu dostluq sevgiyə çevrilib. Bəşər Ə. prezident olduqdan sonra cütlük ailə qurub. Ailənin 3 övladı var.

Fransanın keçmiş birinci xanımı - Karla Bruni 

Keşmiş prezident Nikola Sarkozi parlaq siyasi kariyerası ilə o qədər də öyünə bilməz. Amma seksual model, aktrisa, müğənni olan həyat yoldaşı Karla ilə fəxr etməyə dəyər. O, dəbli jurnalların üz qabaıqlarını hələ 19 yaşından bəzəməyə başlayıb. Uzun müddət dünyanın ən bahalı modellərindən olub. Bruni dünyanın demək olar ki, ilk çılpaq fotoları olan birinci xanımıdır. 

Meksika - Anxelika Rivera 

O, birinci xanımlıqdan öncə "Sadəcə Mariya" (Prosto Mariya) və bir çox digər Meksika seriallarının qəhrəmanı kimi məşhurdur. Aktrisanın həyatı 2010-cu ildə kəskin dəyişib. O, zaman o Mexiko qubernatoru Enriki Penya ilə ailə qurub. Qubernatorun iki il sonra prezident seçilməsi ilə aktrisa da birinci xanım statusunu əldə edib. 

A.Rivera ona onlarla mükafat qazandıran və kifayət qədər uğur qazandıran aktrisalıq fəaliyyətinə də son qoyub. 

İspaniya - şahzadə Letisiya 

Əsl adı Letisiya Ortis Rokasolano olan adi gənc qadın jurnalist kimi kariyerasına başlayıb. İspan telekanallarından birində gündəlik xəbər proqramı aparıcısı olub. Şahzadə Fillip də onu məhz ilk dəfə burada görüb. Gözəl sarışın kralın qəlbini ilk görüşdən fəth edə bilib. Tanışlıqdan bir il sonra cütlük ailə qurub.

Kralın toyu canlı yayımlanıb və bütün dünyadan 1,5 milyard insan tərəfindən izlənilib. 

ABŞ - Melania Tramp 

Sloveniyadan olan keçmiş model 90-cı illərin sonunda daha yaxşı qazanc əldə etmək üçün ABŞ-a köçüb. Burada isə o, 28 yaşında əmlak kralı, dünyanın ən varlı insanlarından olan 52 yaşlı Donald Trampı özünə heyran qoya bilib. 16 yaşında başlayan karyerası ərzində dünyanın ən məşhur jurnalları - "Vogue", "Harper's Bazaar", "Allure", "Vanity Fair", "Glamour", "Elle" və sairə üçün çəkilişlər etməyə imkan tapıb. Bu çəkilişlər arasında kifayət qədər açıq-saçıq olanları da var. 

Son illər iş qadını olan M.Tranp indi də dünyanın ən cazibədar birinci xanımları sırasına düşə bilib.