Şeyxülislam Rusiyaya səfər edəcək

19 Sentyabr, 2019 15:49 | Həyat Tərzi | Baxış sayı: 31
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Rusiyaya səfər edəcək. Şeyxülislam A.Paşazadənin başçılıq edəcəyi Azərbaycan nümayəndə heyəti RFMRİ-nin sentyabrın 23-də Moskva şəhərində keçiriləcək VII seçki hesabat qurultayında iştirak edəcək.

Həmin tədbirdə 50-dən çox ölkədən nazirlər, ali müftülər, ali məktəb rektorları da daxil olmaqla bir çox fəxri qonaqlar iştirak edəcəklər.

Qurultayla yanaşı, Moskva Cümə Məscidinin 115 illiyi, RFMRİ-nin 25 illiyi, Moskva İslam İnstitutunun 20 illiyi, RFMRİ-nin banisi və rəhbəri müftü şeyx Ravil Qəynüddinin 60 illiyi münasibətilə təntənəli tədbirlər də keçiriləcək.