Hər gün etdiyimiz səhvlər FOTO

19 Sentyabr, 2019 15:31 | Həyat Tərzi | Baxış sayı: 174
Yemək
Yemək

Bu adətlərimiz sağlamlığa ziyandır

Bəzi vərdişlərimiz həyatımızda adət halına gəlib. Lakin onların ziyan olması barədə çox adam xəbərsizdir. Bəs onlar hansılardır? 

Hündürdaban ayaqqabı 
Bu cür ayaqqabılar ayağaın anatomiyasına mənfi təsir edir. Bədənin qüvvət mərkəzi dəyişir. 

Telefona əyilərək baxmaq 
Bütün yük bu zaman boyuna düşür və bu hissədə təzyiq yaranır. Bu isə onurğaya ziyandır. Telefonu göz hizasında saxlamaq daha sağlam davranışdır. 

Telefonla yatmaq 
Elektronik qurğularla yatmaq yuxu keyfiyyətini pozur, çəkini artırır, gümrahlıq hissini azaldır. 

Çox yatmaq 
Müntəzəm və yetərli yuxu bir çox xəstəliklərdən qorunmaq üçün vacibdir. İdeal yuxu saatı 7-9 saatdır. Bundan artıq yatmaq da təhlükəli nəticələrə gətirib çıxara bilər. 

İsti su ilə yuyunmaq
Qaynar suyun mikrobları öldürdüyü düşünülür. Ancaq bu doğru yanaşma deyil. Bu yolla ancaq dərinizə ziyan vurursunuz. 

Əlləri sürətlə yumaq 
Tez-tez yuyunmaq önəmlidir. Ancaq sürət burada heç nəyi dəyişmir. Mikroblardan qorunmaq üçün bol su və sabunla 20 saniyə yuyunun. 

Sürətli yemək
Tam çeynəmədiyimiz qidalar həzmi çətinləşdirir, tez acmağa səbəb olur. Sürətlə tam çeynəməmiş yeyənlərdə mədə, həzm sistemi xəstəlikləri, ürəklə bağlı problemlərə də tez-tez rast gəlmək olar. 

Güzgü qaraşısında özünü tənqid
Bunun əvəzinizdə özünüzə qiymət verməyi öyrənin. Bu yolla özününzə inamınız artacaq və günə pozitiv başlayacaqsınız. 

Plastik şüşədə yeyib-içmək 
Yüngül, dayanıqlı olması plastikin həyatımızın bütün mərhələlərində istifadə olunmasına yol açıb. Lakin onun ekologiyaya, isnan sağlamlığına ziyanları da dəfələrlə sübut edilib. 

Hündürdaban
Hündürdaban