Bir ayağı olmayan qız gözəllik müsabiqəsində

19 Sentyabr, 2018 10:05 | Həyat Tərzi | Baxış sayı: 146
Kyara
Kyara

18 yaşlı Kyara finala kimi gəlib çıxa bilib

Bir ayağı olmayan gənc qız gözəllik müsabiqəsinin finalına vəsiqə qazanıb. İstiPress-in məlumatına görə, 18 yaşlı italiyalı Kyara Bordi "Miss İtaliya" yarışına qatılıb. 

Kyara 13 yaşında velosipedlə gedərkən qəzaya düşüb və bir ayağını itirib. Buna baxmayaraq protez ayaqlı gözəl müsabiqənin finalına kimi gəlib çıxa bilib.

Onun müsabiqədə iştirakı birmənalı qarşılanmayıb. Bəziləri bunu pozitiv fakt adlandırsa da, ürəkləri yandıqları üçün ona səs verəcəyini deyənlər də tapılıb. Gənc qızın bənzər şərhlərə isə bir cavabı olub - "mənim ayağım, sizin isə ürəyiniz yoxdur". 

Kyaranın sözlərinə görə, o müsabiqədə qələbə üçün yox, bir ayağı olmadan da eyni şərtlər altında yaşamağın, mübarizə aparmağın mümkün olduğunu sübut etmək üçün iştirak edib.