Mayda qız, avqustda oğlan doğdu - 3 aya 2 uşaq

19 Avqust, 2019 15:35 | Həyat Tərzi | Baxış sayı: 1678
Qazaxıstanlı ana
Qazaxıstanlı ana

50 milıyonda bir ehtimal edilən hadisə baş verdi

Qazaxıstanda tibb dünyasında olduqca nadir rast gəlinən hadisə baş verib. Bir qadın 3 ay ərzində 2 dəfə ana olub. Lilia Konovalova may ayında qız övladını dünyaya gətirib. 

Qəribə hadisə Uralsk şəhərində qeydə alınıb. 29 yaşında qadının mayın 24-də qızı anadan olub. Avqustda isə o oğlan uşağına sahib olub. 

Qazaxıstan Səhiyyə Nazirliyindən verilən məlumata görə, qadın 3 aylıq fərqlə 2 körpəyə sahib olub.Belə hadisə isə 50 milyondan bir baş verə bilər. 

Belə hadisənin baş verməsinə səbəb isə Lilianın iki uşaqlığa sahib olmasıdır. Cüzi fərqlə onun hər iki uşaqlığında döl inkişaf edib və 3 ay fərqlə doğulublar.