Sosial şəbəkələr bədbəxtlik gətirir

19 Avqust, 2017 08:56 | Həyat Tərzi | Baxış sayı: 163
Sosial şəbəkə
Sosial şəbəkə

Xüsusən gənclərə mənfi təsir göstərir

Bəziləri üçün sosial şəbəkənin gündəlik həyatın mühüm tərkib hissəsi, digərləri üçün isə vaxt itkisi anlamına gəlməsinə baxmayaraq, yenə də sosial şəbəkələrin istifadəçiləri hər gün artmaqdadır.

Mənfi tərəfi isə - artıq orta statistika ilə, bugünün uşaqlarının, haradasa, 20-30 il qabaqkı uşaqlar ilə müqayisədə 3 saat gec yatması, bunun da nəticəsində gənclərdə əsəb sisteminin pozulmasıdır. Bununla da qida sisteminin pozulması ortaya çıxır. Bütün bunlar orqanizmdə dəyişiklik yaradaraq, müəyyən bir mutasiya prosesinə gətirə və təhlükə yarada bilər. İnsan artıq virtual məkanın sakininə çevrilir, reallığı itirir. Ailə ilə təmasda olmur. Artıq onun öz dünyası yaranır. Sosial biliklər vasitəsilə gənclərimiz lazımsız informasiyalara sahib olurlar.  Mənəviyyatsızlıq, əxlaqsızlıq məsələləri ortaya çıxır. Uşaqların tərbiyəsi pozulur. 

Amerikan sosioloqları müəyyənləşdirib ki, gənclər real həyatdan çox virtual dünyada itib-batıblar. Bu isə sosial şəbəkələr və smartfonların geniş yayılması ilə bağlıdır.

2000-2015-ci illər ərzində dostları ilə görüşən gənclərin sayı 40 faiz azalıb. Bununla yanaşı, işləməyə meyl də azalıb ki, insanlar günün çox hissəsini sosial şəbəkələrdə keçirirlər. Şəxsi həyatda da çətinliklər çoxdur: yeniyetmələr erkən münasibətlərə daxil olurlar. Həmin gənclərin 56 faizi belə düşünür ki, sosial şəbəkələr insana bədbəxtlik gətirir.