Arıqlamaq istəyirsinizsə QOZ YEYİN

19 Avqust, 2017 07:46 | Həyat Tərzi | Baxış sayı: 243
Qoz
Qoz

Araşdırma 10 gün ərzində davam edib

Araşdırmalar göstərib ki, qozun istehlakı beyində iştahanı tənzimləyən müəyyən zonanı aktivləşdirir.

Araşdırmada piylənmədən əziyyət çəkən 10 könüllü iştirak edib.

Araşdırma 10 gün ərzində davam edib. Birinci 5 gün ərzində iştirakçılar hər gün 40 qr qoz istehlak edirdi. Növbəti 5 gün ərzində iştirakçılar qoz yemirdi. Məlum olub ki, birinci 5 gün ərzində iştirakçılar daha az aclıq hiss edirdi və daha az kalorili qidaları qəbul edirdi.//saglamolun.az