"WhatsApp"da arvadını söyən kişinin başı bəlada

19 İyul, 2019 15:09 | Həyat Tərzi | Baxış sayı: 165
WhatsApp
WhatsApp

Məhkəmə onu azadlıqdan məhrum etdi

Birləşmiş Ərəb Əmirliyində kişi həyat yoldaşını təhqir etdiyi üçün 2 ay həbs cəzası alıb. O, təhqir dolu mesajını "WhatsApp"la göndərib. 

Arvadının onu təhqir etməməsi barədə xəbərdarlıqlarına məhəl qoymayan kişidən polisə şikayət edilib. "WhatsApp" mesajları da onun sübutu olub.

Məhkəmə onu internetdə cinayət haqqında qanunu pozmaqda ittiham edib.

İndi adı açıqlanmayan kişi məhkəmə qərarına etiraz etməyə çalışır.