Linza 41 yaşlı qadını kor etdi

19 İyul, 2019 10:20 | Həyat Tərzi | Baxış sayı: 71
Linza
Linza

Onun gözünda nadir infeksiya yaranıb

Göz linzası ingilis qadını kor qoyub. Linzalarla duş qəbul edən qadın bir gözünü itirib. Buna səbəb isə nadir infeksiya olub. 

41 yaşlı qadın iki aya yaxın gözü ağrıyandan sonra həkimə müraciət edib. Qadın birdəfəlik linzalardan istifadə etdiyini, lakin duş zamanı onları çıxarmadığını bildirib. 

Oftalmoloqlar onun sol gözündə göz almasının zədələndiyini müəyyən ediblər.  Onun görməsini buynuz qişanın transplantasiyasından sonra cüzi bərpa etmək mümkün olub. 

Həkimlər linzadan stifadə edərkən olduqca ehtiyatlı olmağı və dezinfeksiya tədbirlərinə əməl etməyi məsləhət görürlər.