Xərçəngin ən təhlükəsiz dərmanı

19 İyun, 2017 15:17 | Həyat Tərzi | Baxış sayı: 311
Yoqa
Yoqa

Bu yolla DNT-də pozitiv dəyişikliklər etmək mümkündür

Yoqa və meditasiya insanları xərçəngdən xilas edə bilər. İstiPress-in məlumatına görə, Böyük Britaniyanın Konventri Universitetinin alimləri sübut ediblər ki, bu yolla DNT-də pozitiv dəyişikliklər etmək mümkündür. 

Bunu müəyyən etmək üçün alimlər 11 il ərzində 18 araşdırma aparıblar. Nəticələr göstərib ki, yoqa və meditasiya ilə müntəzəm məşğul olan adamlarda xəstəliyə səbəb olan genləri aktivləşdirən molekullar daha az ifraz edilir.

Stres nəticəsində yaranan bu hüceyrələr xərçəngə yol açmaqla yanaşı, həm də qocalmanı sürətləndirir, psixi vəziyyətin pisləşməsinə yol açır.