"O, gündə 5 kişi ilə də yatsa, qəbul edirəm"

19 İyun, 2017 08:48 | Həyat Tərzi | Baxış sayı: 507
Fahişə ilə evlənən kişi
Fahişə ilə evlənən kişi

Sevdiyi qızın fahişəliklə məşğul olmasını qəbul edib onunla evləndi

Britaniyalı Endryu Xamer sevgidəki uğursuzluğundan təsirlənərək, fahişə sifariş etməyə məcbur olur. İstiPress Mirror-a istinadən xəbər verir ki, 48 yaşlı subay britaniyalının ağlına belə gəlməzdi ki, saatına 130 funt verdiyi porno-aktrisa və "sevgi ilahəsi" onun həyat yoldaşı olacaq.

78 yaşlı anası ilə tək yaşayan Xamer bu ilin oktyabrında ailə qurmağı planlaşdırır. O öz gələcək həyat yoldaşını sevimli işindən ayırmaq fikrində deyil. Onun sözlərinə görə, qadın gün ərzində 5 kişi ilə yatsa da, ağır iş günündən sonra onunla sevişməyə hazırdır. "Mən xoşbəxtəm" - Endryu Xamer deyir.