Dubayda hava taksiləri istifadəyə veriləcək

19 İyun, 2017 19:02 | Həyat Tərzi | Baxış sayı: 68
dubai_air_taxi_190617
dubai_air_taxi_190617

Artıq sınaqlara başlanılıb

BƏƏ-nin Dubay şəhərində pilotsuz hava taksilərinin sınaqdan keçiriləcəyi elan edilib.

İstiPress-in məlumatına görə, sınaqlara bu ilin sonunda başlanması nəzərdə tutulub.

Şəhər idarəsindən verilən məlumata görə, sınaqların 5 il müddətində davam etməsi planlaşdırılıb.

Qeyd olunur ki, hava taksiləri bütün təhlükəsizlik şərtlərinə cavab verəcək və sərnişinlər insan müdaxiləsi olmadan bu taksilərdə hərəkət edə biləcəklər.