Əkizlər 97 gün fərqlə doğuldular

19 Aprel, 2019 14:18 | Həyat Tərzi | Baxış sayı: 76
Əkizlər
Əkizlər

Hamilə qadın üç ayda iki dəfə doğuşa girib

Almaniyada qəribə hadisə baş verib. Köln şəhərinin sakini 97 gün fərqlə əkiz övladlarını dünyaya gətirib. Məlumata görə, ötən ilin noyabr ayında əkiz qızlara hamilə olan qadında vaxtından qabaq doğuş başlayıb. Bu vaxt o hamiləliyin 26-cı həftəsində olub.

Yeni doğulan uşağın çəkisi cəmi 907 qram olub. Lakin onun əkiz bacısı ana bətnində qalıb. Həkimlər ikinci plasenta olduğu üçün qadının hamiləliyini davam etdirə biləcəyi barədə qərar veriblər. 

Nəticədə bundan 97 gün sonra alman qadın ikinci dəfə doğuşa girib və ikinci qızını da qucağına alıb.

Tibb müəssisəi bu göstərici ilə dünya rekordu da vurub. "Belə hadisə çox nadir halda ola bilər. Bundan öncəki təcrübədə əkizlərin fərqi 87 gün olub".

Hazırda hər iki qızın da vəziyyəti yaxşıdır və inkişafları normal gedir.