258 qramlıq uşaq sağ qaldı

19 Aprel, 2019 12:28 | Həyat Tərzi | Baxış sayı: 76
Körpə
Körpə

Körpə 24 həftəlik doğulub

Yaponiyada 258 qram çəki ilə doğulan körpə sağ qaldı. İstiPress-in məlumatına görə, Naqano vilayətində dünyaya gələn körpə sabah evə buraxılacaq. 

Körpə 24 həftəlik doğulub. Həkimlər hamilə qadında hipertaniya yarandığı üçün təcili əməliyyat etməli olublar. 

Yeni doğulan uşağın çəkisi isə normal inkişaf edə bilmək və yaşamaq üçün olan minimal çəkidən dəfələrlə az olub. Uşağın damarları hətta iynədən də nazik olub. Buna baxmayaraq o həyatı uğrunda mübarizə aparmağı bacarıb.

İndi oğlan uşağının çəkisi 3 kq 374 qram, boyu isə 43 sm-dir.