Evinizi kornavirusdan qorumaq üçün bunları mütləq edin

19 Mart, 2020 11:48 | Həyat Tərzi | Baxış sayı: 411
Lavanta
Lavanta

Gündəlik paltarları hər gün yuyun

Dünyanı cənginə alan, bütün ölkələrin sərhədlərini bağlamasına, izolyasiya tədbirləri görməsinə səbəb olan koronavirusdan qorunmaq yollarını artıq bilirik. Bunun üçün müntəzəm olaraq əllərimizi sabunla yumaq, dezinfeksiya vasitələrindən istifadə etmək, öpüşüb əllə görüşməkdən qaçmaq, mümkün qədər evdən çölə çıxmamaq lazımdır.

Bəs evimizi mikroblardan təmizləmk üçün nə etməliyik? Bu gün İstiPress bir necə sadə addımda yaşadığımız və mövcud vəziyyətə görə daha çox zaman keçirməli olduğumuz evlərimizi təmizləməyin yollarını təqdim edir. 

Çöldən gələn şəxs içəri girən kimi ilk iş ayaqqabılarını çıxarmalı, sürətli formada geyimini dəyişməlidir. Bir geyimdən 2-3 dəfə yox, 1 dəfə istifadə etməyə çalışın. İstifadə edilən maskaları, dəsmalları evə girmədən bir ucundan tutaraq atın. 

Günlük geyimləri dərhal yuyun. Xüsusi ilə pambıq geyimləri yüksək temperaturda yuyun. 

Yumazdan öncə paltar yumaq üçün olan məhlullarda saxlayın. Bu öncə dezinfeksiya üçün önəmlidir. 

Yuyulan geyimləri uzun müddət saxlamadan yüksək dərəcədə buxarlı ütü ilə ütüləyin. Bundan sonra onları dərhal qatmayın. 10 dəqiqə ərzində buxarın soyumasını gözləyin.

Evi tez-tez havalandırın, xüsusi ilə uşaq, körpə olan otaqları.

1/2 səviyyəsində lavanta və palmarosa yağı qarışımını evin hər yerinə sıxın. Səhti təmizliklərdə qoxusu az, spirti yüksək olan maddələrdən istifadə edin. Səhti təmizliyi hər gün edin. 

Yastıq üzlərini hər gün dəyişin. Yastıq yataq virusu yoluxdurmaq üçün ən münbit yerdir. Məsələn gecə tərləyən insanın yatağında meydana gələn viruslar gün ərzində orada qala bilər.

Dəsmalları ayırın. Əl silmək üçün olan dəsmallar maksimum 2 gündən bir dəyişməlidir. Mümkündürsə onları qaynadın.