Dünyanın ən bahalı şəhərləri

19 Mart, 2019 14:42 | Həyat Tərzi | Baxış sayı: 90
Sinqapur
Sinqapur

Üş şəhərdə qiymətlər Nyu-Yorkdan da bahadır

Sinqapur, Paris və Honkonq dünyanın ən bahalı şəhərlərinin “Economist Intelligence Unit” jurnalı tərəfindən tərtib olunmuş reytinqinə başçılıq edir. Sinqapur ardıcıl 6 ildir ən bahalı şəhər olaraq qalır.

Bu üç şəhərdə yaşayış qiymətləri yeddinci yerdə qərarlaşan Nyu-Yorkdan 7 faiz bahadır. Los-Anceles ötən illə müqayisədə bir neçə pillə irəliləyərək Təl-Əvivlə onuncu yeri bölüşür.

Dünyanın ən bahalı şəhərləri reytinqində ilk onluğa, həmçinin İsveçrənin Sürix və Cenevrə, Danimarkanın Kopenhagen, Yaponiyanın Osaka və Cənubi Koreyanın Seul şəhərləri daxildir. Asiya şəhərləri qida məhsullarının bahalığı səbəbindən yüksək yerləri tutur. Yerli valyutanın zəifləməsi səbəbindən Avstraliyanın 5, Yeni Zelandiyanın isə 2 şəhəri reytinqdə öz mövqelərini itirib. Ötən il Sidney siyahıda 10-cu yerdə qərarlaşmışdı.

Jurnal Venesuelanın paytaxtı Karakası ən ucuz şəhər seçib. Dəməşq, Daşkənd, Alma-Atı şəhərlərində yaşayış qiymətləri nisbətən bahadır.