2020-də bunları geyinin FOTO

19 Fevral, 2020 11:05 | Həyat Tərzi | Baxış sayı: 238
Dəb
Dəb

Yaz-yay mövsümünün dəbli geyimləri

Zərif cinsin hər bir nümayəndəsi dəblə geyinməyi sevir. Bu tələb isə mövsümdən və ildən asılı olmayaraq dəyişmir. İstiPress bu gün 2020-ci ilin yaz-yay mövsümündə dəbli və gözəl görünmək istəyənlər üçün dizaynerlərin bir neçə məsləhətini təqdim edəcək. 

İri qollar

Bu mövsümdə qollar nə qədər bol və həcmli olsa qadın bir o qədər dəbli görünəcək. 

Xallı 

Nənələrimizin sevimli printi yenidən dəbdədir. Ekspretlər ancaq geyimlərdə yox, həm də aksesuarlarda xallara önəm verilə biləcəyini deyirlər. 

Plisə 

Yüngül, uçan geyim, eleqant qatlar istənilən qadını daha da gözəlləşdirəcək. Bu stildən ya bütöv halda, ya da bir geyimdə istifadə etmək olar. 

Trenclər 

Ötən mövsümdə klassik neyral rənglərdə olan yağış plaşları dəbdə idi. Bu mövsümdə isə dizaynerlər məxməri detallı, assimetrik kəsimli rəngarəng trencləri məsləhət görürlər.

Günəşin rəngi

Bu pastel çalar 2020-ci ilin ən aktual rənglərindəndir. Dəbi izləyən hər kəsin qarderobunda azı bir ədəd belə rəngli geyim və ya aksesuar olmalıdır. Onunla bütün obrazı tamamlamaq olar. 

Cins və maksi uzunluq

Gündəlik üslub üçün ən yaxşı seçim bu mövsümdə maksi uzunluqda olan cins ətəklərdir. Obrazı idman üslubunda olan ayaqqbı və ya rezin tuflilərlə tamamlamaq olar. Qısa cins ətəkləri isə bhələlik daha dərin yerlərə qoyun. 

Kombinezon 

Daşlarla bəzədilən kombinezon və idman ayaqqabılarının sintezi bu fəsildə tez-tez qabağımıza çıxa bilər. 

Rəngarəng dəri 

Rəngli dəri məhsullar dəbin pik nöqtəsindədir. Dəri ilə tam obraz da yaratmaq olar. Ya da onu başqa detallarla qataraq fərqli görünüş əldə etmək. 

Şortlar 

Şort və hündür daban ayaqqabı - bu obrazla həm işgüzar görüşlərə, həm də əyləncələrə qatıla bilərsiniz. 

Çoxqatlı don 

Həcmli qatlı donlar ötən mövsümlərdə olduğu kimi bu il də öz yerini qarderoblarda möhkəmlədəcək.  Əsas diqqət isə yarıdan aşağıda qatları artan modellərə yönələcək.