Dünyanı gözləyən təhlükə - 250 min insan ölə bilər

19 Yanvar, 2019 14:14 | Həyat Tərzi | Baxış sayı: 271
Həkimlər
Həkimlər

Dünya Səhiyyə Təşkilatı əsas riskləri açıqladı

Dünya Səhiyyə Təşkilatı bu il bəşəriyyətə ən böyük ziyan vura biləcək təhlükələri müəyyən edib. Əgər lazımi tədbirlər görülməsə bu təhlükələr 20 il ərzində 250 min insanın ölümünə yol açacaq. 

Təşkilat sağlamlıqla bağlı problemlərin iqtisadi vəziyyətin pisləşməsi, yetərsiz qidalanma, iqlim dəyişkənliyi, quraqlıq və s. kimi səbəblərə bağlı ortaya çıxacağını deyib.

2019-cu ildə yoluxucu xəstəliklər, dərmana dayanıqlı viruslar, geniş yayılan ürək-ağciyər xəstəlikləri daha çox müşahidə ediləcək. 

Bəşəriyyətin sağlamlığı üçün əsas təhlükə yaradan faktorlar aşağıdakılardır:
Peyvəndə qarşı mübarizə
Qlobal qrip epidemiyası 
Hava kirliliyi və qlobal isinmə 
Yoluxucu xəstəliklər
Sağlam həyat tərzindən məhrum olmaq
Mikroblara qarşı davamiyyət 
Ebola və s. yoluxucu xəstəliklər 
Yetəriz tibbi xidmət 
QİÇS