iPhone 8 haqqında vacib məlumat

19 Yanvar, 2017 20:14 | Həyat Tərzi | Baxış sayı: 70
Iphone 8
Iphone 8

"Apple”şirkəti iPhone modelinin 3 versiyasını təqdim edəcək

Bu il "Apple”şirkəti iPhone modelinin 3 versiyasını təqdim edəcək.

"İstiPress"in "Appleinsider”ə istinadən verdiyi xəbərə əsasən iPhone 8 digər modellərdən çox fərqlənəcək. Çox güman ki, iPhone 8-in ekranı çərçivəsiz olacaq. Touch ID barmaq izi skanı, selfie və FaceTime videoəlaqə özəlliyinə sahib olacaq ön kameranın birbaşa ekrana inteqrasiya olunacağı gözlənilir. Bundan əlavə olaraq ön kamera həmçinin göz qişası skanına və jestlərin idarəolunması üçün nəzərdə tutulmuş lazer sensora sahib olacaq. Ən əsası isə yeni model, naqilsiz şarj funksiyası ilə təchiz olunacaq.