2 yaşlı qoca "nənə" FOTO

18 Dekabr, 2019 11:04 | Həyat Tərzi | Baxış sayı: 226
Isla
Isla

Körpənin genləri mutasiyaya uğrayıb

İngiltərədə doğulan 2 yaşlı körpə qoca qadını xatırladır. Buna səbəb isə onun nadir xəstəliyidir. Isla adlı körpə "Benjamin Button" kimi tanınan  sindromdan əziyyət çəkir. Xəstəliyə bağlı olaraq körpənin dərisi yaşından qat-qat çox qırışıb. O görünüşçə qoca bir qadını xatırladır. 

Xəstəlik ana bətnində olarkən başlayır. Nəticədə hüceyrələr sürətlə qocalırlar. Doğuşdan sonra genetik testlər edən mütəxəssislər  onun genlərinin daha öncə rast gəlinməyən mutasiyaya uğradığını bildiriblər.

İki yaşı olmasına baxmayaraq 6,5 kq çəkisi olan Islanın danışmağında da problem var. Onun sümükləri də xəstəliyə bağlı olaraq deformasiyaya uğrayır. 

Ailə üzvlərinin sözlərinə görə, bu qədər problemə baxmayaraq Isla çox şən uşaqdır.