Niyə qadınlar kişilərdən çox yaşayır?

18 Dekabr, 2018 12:08 | Həyat Tərzi | Baxış sayı: 123
Yaşlı qadın
Yaşlı qadın

genetiklər bunun səbəbini X xromosomunda tapıblar

Qadınların ömrünün kişilərdən daha uzun olmasına səbəb onların 
yaşlılığı ləngidən genlərində deyil, həyata daha ayıq-sağlam düşüncəli yanaşmalarında ola bilər. Genetiklər belə qərara gələiblər. 

"Biz çoxdan qadınların nə üçün kişilərdən daha çox yaşaması ilə balı düşünürük. Çoxları düşünür ki, bu bu iki cins arasında təkamül fərqi var", deyə ABŞ-ın San Fransisko ştatındakı Kaliforniya universitetinin alimi Dena Dubal bildirib. 

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hazırda orta ömür göstəricisi 71 ildir. Dünyanın bütün ölkələrində - varlı Avropadan tutmuş, yoxsul Afrika tayfalarına kimi qadınların ömrü daha yüksəkdir.  Söhbət 73 yaşdan gedir. Kişilərdə isə bu 68 yaşdır.

Ənənəvi olaraq buna səbəb kimi kişilərin içki, siqaret, piylənmə və s risklərə daha çox meyilli olması göstərilir. Bütün bunlar isə ürək-damar sistemi başda olmaqla orqanizmə ciddi ziyan vurur.

İş ondadır ki, kişi xromosomu "Y" demək olar ki, özümdə həyati əhəmiyyətli genləri daşımır. Qadınların "X" xromosomu isə həm güclü, həm də zərif cinsin həyatı üçün olduqca vacibdir. Buradakı genlərin işindəki hər hansı pozğunluq faciə ilə bitə bilir.

Üç il ərzində gəmiriçilərin genləri, xromosomları üzərində aparılan araşdırmalar göstərib ki, ömrün uzunluğu nə cinsdən asılı deyil. Səbəb kromosom dəstdiri.

ХХ xromosomlu dişilər, XY xromosomlu gəmiriçilərdən daha uzun yaşayıblar.