56 ölçülü ayaqqabı geyinən, metro qatarından da hündür rus FOTOLAR

18 Noyabr, 2019 09:48 | Həyat Tərzi | Baxış sayı: 243
Ən hündür rus
Ən hündür rus

Sergeyin boyu 2 metri keçib

Rusiyanın ən uzun adamı Ginnesin rekordlar kitabına düşüb. Söhbət Sergey İlindən gedir. 32 yaşlı gəncin boyu 224 sm-dir. Onun sözlərinə görə, boyu 2 metrdən çox olduğu üçün yeraltı nəqliyyat vasitəsi olan metrodan istifadə etməyi sevmir. Çünki onun boyundan da alçaq olan vaqonlarda hərəkət ona çətinlik yaradır.

Sergeyin uzunboyunun genetik olduğu istisna edilmirdi. Belə ki, onun valideynləri 175-185 sm olsalar da, babalarından birinin boyu 2,2 metrə bərabər olub. Gəncin özü isə 9-cu sinifdən sonra sürətlə boy atmağa başlayıb. Lakin yoxlamalar zamanı onun hipofiz vəzində şiş olduğu bəlli olub. Bu şiş böyümə hormonlarına təsir edir, nəticədə isə boy sürətlə uzanır.

Bu problemə görə o 14 yaşında əməliyyat edilib. Həkimlərin sözlərinə görə, əgər əməliyyat gecikdirilsəydi Sergey nəinki daha uzana, hətta görmə qabiliyyətini də itirə bilərdi. 

Gəncliyində uzun müddət basketbolla məşğul olan Sergey travma aldığı üçün bu sahədən uzaqlaşmalı olub. İndi o gənclərə məşqlər keçir. 

Onun üçün ən çox çətinlik törədən isə ölçülərinə uyğun geyim, ayaqqabı tapmaqdır. Belə ki, Moskvada hündürboylular üçün 2 mağaza olsa da, burada seçim azdır. 56 ölçüdə ayaqqbaı tapmaq isə sadəcə mümkün deyil. Bunun üçün də adətən geyimlərini ya xaricdən gətirməli, ya da tikdirməli olur.