Lukaşenko Quranı öpməsindən danışdı (FOTO)

18 Noyabr, 2016 10:33 | Həyat Tərzi | Baxış sayı: 41
Türkiyə və Belarus prezidentləri məscid açılışında
Türkiyə və Belarus prezidentləri məscid açılışında

"Ərdoğan öpdü. Bəs mən nə etməli idim?"

"Mənə çatan məlumata görə, Quranı öpdüyüm üçün məni təndiq edənlər  var". İstiPress-in "İnterfaks"a istinadla verdiyi məlumata görə, Belarus prezidenti Aleksandr Lukaşenko müsəlmanların müqəddəs kitabını Minskdə məscid açılışı zamanı, bütün dinlərə hörmət əlaməti olaraq öpdüyünü deyib. 

Onun sözlərinə görə, məscidin açılışını ölkəsində səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla edib və bu zaman ona "Qurani Kərim" hədiyyə edilib. "Ona Quran bağışladılar. O isə kitabı öpdü. Mənə də bu kitabdan verdilər. Bəs mən nə etməli idim? Eyni jesti təkrarladım".

Prezident deyib ki, Belarusda müsəlmanlar, katoliklər və provoslavlar arasında idela münasibətlər var. Ölkənin qanunvericiliyi də bütün dinlərin nümayəndələri üçün eyni hüququları verir. 

"Mən prezidentəm və ölkəmdə minlərlə müsəlman yaşayır.  Onlarla bağlı heç vaxt heç bir problemimiz olmayıb". 

Qeyd edək ki, Minskdəki məsciddə eyni anda 2500 adam ibadət edə bilər. Belarusda hazırda 100 mindən çox müsəlman əhali yaşayır.