Hansı ayda hansı meyvə-tərəvəzi yemək olar? FOTOLAR

18 Oktyabr, 2018 15:12 | Həyat Tərzi | Baxış sayı: 208
Limon
Limon

Min bir dərdin dərmanı olan məhsullardan maksimum vitamin almağın ən asan yolu

Meyvə-tərəvəzin min bir dərdin dərmanı olduğunu yəqin ki, artıq bilməyən yoxdur. Bu gün istənilən mövsümdə istənilən məhsulu tapmaq elə də çətin deyil. Amma hər şey öz mövsümündə gözəldir. Bəs hansı ayda, hansı meyvə-tərəvəzi yeməliyik? Bu sualın cavabını İstiPress təqdim edir. 

Yanvar 

Kərəviz, kələm, brokoli, yerkökü, ispanaq, pazı, turp.
Alma, nar, portağal, armud, heyva, qreyfurt.

Fevral

Brokoli, kələm, pəncər, yerkökü, ispanaq və turp
Alma, portağal, banan, armud, qreyfurt və heyva

Mart 

İspanaq, yerkökü, qırmızı turp, brokoli
Alma, banan

Alma
Alma
Kələm
Kələm

Aprel 

Təzə soğan, təzə sarımsaq, kəklikotu, paxla, kahı 
Alça

May 

Paxla, əməköməci, pomidor, xiyar 
Çiyələk, alça, tut 

İyun 

Kartof, lobya, paxla, qabaq, badımcan, bibər, pomidor, xiyar, tənək, təzə soğan və sarımsaq 
Gilas, alça, ərik, şaftalı tut 

İyul 

Pomidor, siyar, lobya, şüyüd, ispanaq, qabaq, badımcan, bibər 
Ərik, şaftalı, qovun, tut, albalı 

Avqust 

Qabaq, pomidor, xiyar, badımcan, bibər, qarğıdalı, qırmızı bibər
Ərik, şaftalı, albalı, qarpız, əncir, üzüm 

Sentyabr  

Göbələk, badımcan, qarğıdalı, qabaq, bibər 
Fındıq, qovun, qarpız, əncir, üzüm 

Oktyabr  

Göbələk, ispanaq, yerkökü, kələm, kahı, qırmızı turp 
Armud, üzüm, alma, qreyfurt, mandalin, banan, qoz-fındıq

Noyabr 

Kələm, kərəviz, yerkökü, pazı, ispanaq 
Qoz, şabalıd, üzüm, alma, banan, nar, kivi, mandalin

Dekabr  

Balqabaq, kələm, ispanaq, kərəviz, yerkökü, qırmızı kələm 
Alma, mandalin, portağal, nar, armud, banan, kivi, şabalıd, heyva

Qoz
Qoz
Nar
Nar
Armud
Armud