74 yaşlı kişinin buynuzu çıxdı FOTO

18 Sentyabr, 2019 12:35 | Həyat Tərzi | Baxış sayı: 214
Buynuz
Buynuz

Həkimlər 10 sm ölçüsü olan çıxıntını kəsə biliblər

Hindistanda yaşlı kişinin buynuzu çıxıb. Qəribə hadisə Saqar şəhərində qeydə alınıb. Buynuzu xatırladan keratomanın uzunluğu 10 sm olub."Daily Mail"in məlumatına görə, buynuz 5 il öncə kişinin aldığı zərbədən sonra meydana gəlib. 

Adı açıqlanmayan 74 yaşlı şəxsin sözlərinə görə, uzun müddət onu saç ustasının köməyi ilə gizlətməyə çalışıb. Lakin sümük böyüməyə davam edib. Bundan sonra o həkimə müaraciət etməyə qərar verib.

Əməliyyat uğurlu olub, onun buynuz adlandırılan şişi kəsilib. İndi hind kişi bərpa kursu keçir.

Keratoma - xoşxassəsli törəmədir.