Bu vitamin xərçəngin dərmanı imiş

18 Avqust, 2017 11:32 | Həyat Tərzi | Baxış sayı: 468
C vitamini
C vitamini

Leykozla mübarizədə aktiv vitamin sayılır

Amerika alimləri sübut ediblər ki, C vitamini leykozla mübarizədə effektiv vasitədir.

C vitamini-askorbin turşusu vitaminlərin ən geniş yayılmış forması olub, orqanizmin maddələr mübadiləsinin bir çox kimyəvi proseslərində iştirak edir. Askorbin turşusu oksidləşmə-reduksiya reaksiyalarında, amin turşularının mübadiləsində iştirak edir. O hormonların sintezində, sümük və qığırdaq toxumasının əmələ gəlməsində, yaraların sağalmasında zəruri maddədir. Askorbin turşusu qan yaranmasına təsir göstərir, zəhərlənmədən xilas olmaqda orqanizmə kömək edir. C vitamini bir çox bitkilərin tərkibində daha çox olur: itburnu, kələm, çiyələk, firəng üzümü, turp, bibər, pomidor, yaşıl soğan, yaşıl noxud, portağal, limon, mandarin, alma, moruq və.s. həmçinin dalaq, qaraciyər, böyrəklərdə, beyində, at südündə C vitamini olur.

Avitaminoz zamanı sinqa xəstəliyi əmələ gəlir. Sinqa zamanı nəfəs təngimə, fiziki zəiflik, tez yorğunluq, əsəbilik, yuxulama kimi hallar baş verir. Qan damarları kövrək olur və dəridə qanaxma başlayır, dişlərin dibi qanayır və tədricən tökülür. Xəstəlik, hətta, ölümlə nəticələnə bilir.Sinqa xəstəliyi C vitamini qəbul etməklə tezliklə müalicə olunur.

Gündəlik tələbat 50-78 mq-dır. Yaşlı adamın isə C vitamininə gündəlik təlabatı: yüngül işdə 75-100 mq,ağır işdə 200-300 mq-dır.