Baba zarafata görə 1 aylıq nəvəsini öldürdü

18 İyul, 2019 09:53 | Həyat Tərzi | Baxış sayı: 209
Körpə
Körpə

Körpəyə spirtli içki içirib

Çinin paytaxtı Pekində baba yeni doğulmuş nəvəsinin ölümünə səbəb olub. Ailə körpənin 1 aylığını qeyd etmək üçün süfrə arxasına toplaşıb. Uşağın atasının atası bu şərəfə tost deyib. Bu zaman qonaqlardan biri onun nəvəsi olmadan içki qəbul edə bilməyəcəyi barədə zarafat edib. 

Nəticədə baba körpəyə spitrli içkidən dadızdırıb. Uşağın anası onu dərhal babasının qucağından alıb. Yarım saat sonra körpə nəfəs almaqda çətinlik çəkməyə başlayıb.

Bir aylıq uşaq dərhal xəstəxanaya çatdırılıb. Amma həkimlərin səyləri nəticəsiz qalıb, o spirtli içkidən zəhərləndiyi üçün ölüb.