Seksual modelin gəlinliyi sosial şəbəkəni iki yerə böldü FOTOLAR

18 İyul, 2017 08:16 | Həyat Tərzi | Baxış sayı: 448
Miranda Kerr
Miranda Kerr

40 nəfərlik toydan ilk fotolar üzə çıxdı

Dünyanın ən məşhur modellərindən və qadınlarından biri olan Miranda Kerr subaylığın daşını atdı. İstiPress-in məlumatına görə, Kerr ilk dəfə olaraq öz toyundan fotolar paylaşıb. Lakin seksual gözəlin gəlinliyi onun heyranlarını iki cəbhəyə bölüb.

"Snapchat"ın CEO-su Evan Şpigellə evlənən modelin gəlinliyi heç də hər kəsin ürəyincə olmayıb. 

Qeyd edək ki, cütlük iki ilə yaxındır ki, birlikdədir. Onların toyu bir müddət öncə baş tutub. Lakin toy gizli olduğu üçün oradan fotolar da mediada yayılmamışdı. Mərasimdə cəmi 40 nəfər iştirak edib.

Toydan günlər sonra model bir neçə fotosunu sosial media hesabında paylaşıb. Miranda Kerrin əynində uzun qollu "Dior Haute Couture" marka gəlinlik olub. Atlasdan olan sadə gəliyin üzəri xırda güllərlə bəzədilib. Əsas müzakirə obyekti də məhz bu detallar olub. Belə ki, bəziləri onun gəlinliyinin çox gözəl və zərif olduğunu desə də, bir qisim pərəstişkarı gəlinliyin ona heç yaraşmadığını və çox adi olduğunu qeyd ediblər. 

İstiPress seksual modelin pərəstişkarlarını iki cəbhəyə ayıran gəlinliyin fotolarını təqdim edir: