Azərbaycanın ən məşhur istirahət zonasının bu ilki sürprizi

18 May, 2019 15:26 | Həyat Tərzi | Baxış sayı: 251

Bütün istirahət mərkəzlərində hazırlıq işləri gedir

Yay mövsümünə hazırlıq Azərbaycanın məşhur Nabran ərazisində bir müddətdir ki, başlanılıb. Rayondakı 60 istirahət mərkəzindən 40-ı Xəzər dənizinin sahilində yerləşir.

İstiPress-in şimal bürosunun məlumatına görə, artıq bütün istirahət mərkəzlərində hazırlıq işləri gedir. Ərazilərdə abadlıq, təmizlik və yenidənqurms işləri aparılır.

Xaçmaz ih başçısının Nabran İƏV üzrə nümayəndəsi Nəzakət İskəndərova deyir ki, çimərlik ərazilərində də sahil boyu təmizlik işləri aparılır. Onun sözlərinə görə, Xudat şəhərindən Nabrana 25 km uzunluğunda yeni yol çəkilib. Əvvəllər bərbad yol görən turistlər indi bu yay mövsümü müasir standartlara cavab verən abad yol görəcəklər. Bu da bölgəyə bu il daha çox yerli və xarici turist gələcəyindən xəbər verir.

Yay mövsümündə dəniz sularının xəstəlik mənbəyi olub olmaması da diqqət mərkəzindədir. Xaçmaz rayon gigiyena və epidemiologiya mərkəzinin direktoru Bəxtiyar Haqverdiyev bildirib ki, aprel ayından başlayaraq Xəzər dənizinin Nabran ərazisindəki sularından müvafiq nümunələr götürülməsinə başlanılıb, indiyəcən hər hansı bakteroloji virus və yoluxucu xəstəlik yaradan mikrob aşkarlanmayıb və müayinələr ayda 2 dəfə olmaqla davam etdirilir.