Avropanın ən böyük məscidi bu şəhərdə açılacaq

18 May, 2019 13:42 | Həyat Tərzi | Baxış sayı: 97
Məscid
Məscid

Məscidin günbəzinin hündürlüyü 43 metrə çatacaq

Avqustun 23-də Çeçenistanın Şali şəhərində 20 min nəfər tutumu olan Avropanın ən böyük məscidi, həmçinin Quran hafizləri məktəbinin açılış mərasimi baş tutacaq.

Çeçenistan prezidenti Ramzan Kadırov məscidin inşasının demək olar ki, başa çatdığını və hazırda ətraf ərazidə abadlaşdırılma işlərinin aparıldığını deyib.

“Bu möhtəşəm kompleks nəinki Şalinin yaraşığı, həm də respublikanın ən cəlbedici yerlərindən biri olacaq”.

Tikintisinə 2012-ci ilin dekabrında başlanılan məscid 5 hektardan artıq ərazidə inşa edilib. Günbəzinin hündürlüyü 43 metrə çatan məscidin ətraflarında hər biri 63 metr hündürlüyündə 4 minarə ucaldılıb. İbadətgahın ərazisini 12 fəvvarə bəzəyəcək.

Regional müftiliyin məlumatına əsasən, Çeçenistan Respublikasının ərazisində 1100-dən çox məscid fəaliyyət göstərir.