İmsakda bunları yeyən 24 saat acmır FOTOLAR

18 May, 2018 11:19 | Həyat Tərzi | Baxış sayı: 688
İmsaq süfrəsi
İmsaq süfrəsi

Acdırmayan və susuzlatmayan məhsullar

İsti günlərə təsadüf edən Ramazan ayını problemsiz yaşamaq, sağlam qidalanmaq üçün yeyib-içdiyimizə diqqət etməliyik. Günün azı 15 saatını ac və susuz qaldığımızı nəzərə alaraq imsakda gün ərzində tox tutan məhsullar seçilməlidir. Bəs onlar hansılardır? İstiPress saatlarla aclıq və susuzluq hissimizi tənzimləyə biləcək ən yaxşı imsaq məhsullarını təqdim edir: 

Proteinlə zəngin olduğu üçün süd, qatıq, yoğurt seçilə bilər. Qan şəkərinin düşməsinin qarşısını almaq üçün çörək mütləqdir. 

Mütəxəssislər imsaqda maye qəbulunun önəmli olduğunu, çayla yanaşı su, ayran, kompot, mineral sulardan istifadənin müsbət təsir edə biləcəyini deyirlər. İmsakı mütləq vaxtında edin.

Yumurta:
Omlet, soyutma kimi, həm də müxtəlif tərəvəzlərlə zənginləşdirib çığırtma kimi də yemək tövsiyyə edilir. 

Dolmalar:
Kalori dəyəri yüksək olduğu üçün uzun müddətli toxluq hissi yaradır.  

Çay
Çay
Pendir
Pendir

Şorba 
Paxlalılar, yulaflı, mərcimək, noxud şorbası da ən yaxşı imsak seçənəkləri arasındadır. 

Proteinli salat:
Balıq, toyuq və ya ətlə hazırlanan salatlar mineral və vitaminlərlə zəngin olduğu üçün yüngül, eyni zamanda vitaminli qida hesab edilir.

Meyvəli yoqurt:
Xüsusi ilə şaftalı və ərikli yoğurtlar mükəmməl imsak qidasıdır. 

Şorba
Şorba
Salat
Salat

Yağlar:
Zeytun, kətan toxumu yağı toxluq müddətini uzadır. Yağla bol olduğu üçün avakado da yaxşı seçim ola bilər. 

Ayran, kefir:
Sərin ayran gün ərzində sizin susuzluğunuzun qarşısını ala biləcək ən yaxşı vasitədir.

Çərəz
Hər imsaqda ən azı 2 qoz, 3 fındıq, 4 badam qəbul edin.