Bu qida xərçəng yarada bilər

18 Aprel, 2019 10:23 | Həyat Tərzi | Baxış sayı: 147
Kolbasa-sosis
Kolbasa-sosis

Bunun üçün 6 il araşdırma aparılıb

Gündəlik istifadə etdiyimiz bəzi ərzaqlar bizi əsrin ən dəhşətli xəstəliklərindən hesab edilən xərçənglə üz-üzə qoya bilər. Hətta hər gün qırmızı ətdən, az miqdarda da olsa işlənmiş ət məhsullarından istifadə bağırsaq xərçəngi riskini artırır.

Oksford universitetinin alimləri belə nəticəyə gəliblər. Onların elmi işinin nəticələri "International Journal of Epidemiology"da dərc edilib.

Araşdırmalar 6 il ərzində aparılıb. Bunun üçün tədqiqatçılar yüz minlərlə insan haqqında məlumatı təhlil ediblər. Nəticədə bəlli olub ki, gündəlik 76 qram qırmızı və işlənmiş ətdən istifadə edənlərdə onkoloji xəstəlik riski gündə 21 qram və daha az yeyənlərdən 20 faiz daha çox olub.

Gündə 54 qram bu məhsuldan yeyənlərdəki risk isə 8 qram yeyənlərlə müqayisədə 15 faiz artıqdır. 

Gündəlik 29 qramla 5 qram arasındakı risk isə 19 faiz təşkil edib.