Qaqarinin həyat yoldaşı öldü

18 Mart, 2020 11:22 | Həyat Tərzi | Baxış sayı: 98
Valentina Qaqarina
Valentina Qaqarina

Ərinin ölümündən sonra qadın müsahibələr verməkdən imtina etmişdi

Kosmosun ilk dəfə fəth edilməsində SSRİ-yə dünya birinciliyi qazandıran Yuri Qaqarinin həyat yoldaşı vəfat edib. Valentina Qaqaraina 85 yaşında dünyasını dəyişib.

Valentina Qaqarina Orenburqda anadan olub. O Qaqarinlə tələbəlik illərində tanış olub. 1957-ci ildə cütlük ailə qurub. 1968-ci ildə ərinin ölümündən sonra onun dul qalan həyat yoldaşı heç bir müsahibə verməyib, tədbirlərə qatılmayıb. 

Qaqarin cütlüyünün iki qız övladı olub.