Sevimli oxucularımıza!

18 Mart, 2017 10:53 | Həyat Tərzi | Baxış sayı: 325
Novruz xonçası
Novruz xonçası

Bizi çox oxuyun ki, çox yaşayasınız!

Martın 20-də Günəş “yaz bərabərliyi nöqtəsinə” çatacaq və beləliklə, türk-İslam dünyası Novruz bayramını qeyd edəcək.

Yeni ilin astronomik başlağıcı sayılan bu bayram Yer kürəsinin ilk bayramı sayılır. Bu barədə hələ 4 min il əvvəl şumerlərin məşhur “Gilqamış” dastanında bildirilir. Dastanın qəhrəmanı Enlil dünyanın ən yaşlı adamı Nuh peyğəmbərin görüşünə gedir və 850 yaşlı Nuh həmin vaxt Yeni gün bayramını, yəni Novruzu qeyd edirmiş. Zərdüştilik dövründə Novruz rəsmi status aldı.

Qədim türklər Novruzu Qurtuluş günü kimi, yaxud Eregenekon bayramı kimi qeyd ediblər. Novruzdan düz 3 ay sonra, iyunun 22-də isə İsıax, yəni oyanış bayramını qeyd ediblər. Ümumiyyətlə, bu astronomik hadisələr atalarımız üçün çox önəmli olub. İnanca görə, bayram gecəsi gün dönən zaman ay işığının altında çaydan bir sərnic təmiz su götürən adamın həmin il o sərnic dolusu qızıl qazanar və xoşbəxt olar.

İstiPress olaraq biz sevimli oxucularımıza xoşbəxtlik arzulayırıq. Qoy il ərzində süfrəniz bol, həyatınız uğurlu olsun! Qoy evinizdən daima xoşbəxtlik küləyi əssin! Üzünüzdən təbəssüm əskik olmasın!

Novruz bayramınız mübarək!