Şahzadə Parisi heyran qoydu (FOTO)

18 Mart, 2017 11:15 | Həyat Tərzi | Baxış sayı: 135
Keyt Midelton
Keyt Midelton

Keyt və Uilyam Fransaya səfər edib

Böyük Britaniya şahzadəsinin həyat yoldaşı bu dəfə Parisdə hər kəsi heyran edib. İstiPress-in məlumatına görə, Kembric hersoqinyası Keyt Midelton Uilyam ilə Fransaya səfər edib. Bu, Britaniya taxt-tacının varislərinin şahzadə Diananın ölümündən sonra - 20 il ərzində Fransaya ilk səfəridir. Cütlüyü Yelisey sarayında prezident Fransua Olland qarşılayıb.  

Axşam isə onlar Britaniya səfirinin təşkil etdiyi bala qatılıblar. Gecənin ən çox diqqət çəkəni isə şübhəsiz ki, Keyt Midelton olub. İki uşaq anası zərif və şıq görüntüsü ilə heyran edib. O, bala sevimli dizayneri Cenni Pekxemin geyimində qatılıb.

Gümüşü mirvari rəngli uzun don Ketrinin bədən formasını ideal göstərib. O, daş-qaşla bəzədilən geyimini parlayan ayaqqabıları, eyni rəngli klatç və brilyant sırğalar ilə kombinə edib. 

Görünür, şahzadə artıq ərini məzuniyyətindəki hərəkətlərinə görə bağışlayıb. Hələ bir neçə gün öncə sarı mətbuatda şahzadə Uilyamın məzuniyyəti zamanı tanımadığı şəxslərlə istirahəti, qızlarla gecə klubundə rəqs etməsi barədə məlumatlar yayılmışdı. Bu görüntülərin boşanmaya belə səbəb ola biləcəyi iddia edilirdi.