334 kq-lıq adam tanınmaz halda FOTO

18 Fevral, 2019 12:10 | Həyat Tərzi | Baxış sayı: 237
Piylənmə
Piylənmə

O, 6 ayda çəkisinin yarısını itirib

Dünyanın ən ağırçəkili adamlarından biri tanınmaz hala düşüb. O, inanılmaz dərəcədə arıqlayıb. İstiPress-in məlumatına görə, Çində yaşayan Vana Xaonan 334 kq çəkidə olub. Yarım il ərzində isə o nə az, nə çox düz 142 kq çəkisindən azad olub. 

Arıqlama cərrahi müdaxilə nəticəsində mümkün olub. belə ki, ötən ilin yayaında mədəsinin böyük hissəsi kəsilib. Altı ay sonra isə o 192 kq çəkiyə düşə bilib. 

Piylənməyə görə, çinlinin ciyərləri, ürəyi və s daxili orqanlarında da problemlər yaranmışdı. Əməliyyatdan sonra isə bütün bu problemlər aradan qalxıb. İndi Vananın hədəfi 100 kq-a enməkdir. 

Xatırladaq ki, mədəkiçiltmə əməliyyatı ilə 2017-ci ildə yarım ton çəkisi olan hind qadın da 171 kq-a kimi arıqlamışdı.