Dünyanın ən balaca adamı öldü

18 Yanvar, 2020 10:04 | Həyat Tərzi | Baxış sayı: 46
Haqendra Tapa Maqar
Haqendra Tapa Maqar

27 yaşlı Maqarın boyu 67 sm idi

Dünyanın ən kiçik adamı öldü. Haqendra Tapa Maqar 27 yaşında Nepalda vəfat edib.

Son vaxtlar Maqar ürəyi ilə bağlı problemlər yaşayırdı, eləcə də astma və pnevmoniya ilə mübarizə aparırdı. Vəziyyətinin pisləşməsi səbəbindən xəstəxanaya yerləşdirilmişdi. 

Haqenda Tapa Maqar 67,08 sm boyu ilə dünyanıan ən kişik adamı hesab edilirdi. 

Maqar 1992-ci ilin oktyabr ayında dünyaya gəlmişdi. O, 2011-ci ildə Ginnesin Rekordlar kitabına düşüb. 

Onun vəfatından sonra “dünyanın ən kiçik adamı” adı Kolumbiya sakini Eduard Nino Ernandesə keçib. Onun boyu 70,21 sm-dir.