9 günlük hamiləlik

17 Dekabr, 2019 13:51 | Həyat Tərzi | Baxış sayı: 209
Ana olan qadın
Ana olan qadın

Qadın 9 ay hamilə olmasından xəbərsiz olub

Amerikalı qadın 9 ay müddətində öz hamiləliyindən xəbərsiz olub. Teennesidə yaşayan 28 yaşlı Lauren Çalk ana olacağını bildikdən 9 gün sonra doğuşa girib. 

Lauren daha öncədə ana olmaq istəyib. lakin onun iki hamiləliyi düşüklə nəticələnib. Polikistik over sindromundan əziyyət çəkən qadın hamiləliyin heç bir əlamətini hiss etməyib. Lakin ağrıları olduğu üçün anasının təkidi ilə həkimə gedib. Məhz bu zaman o 38 həftəlik hamilə olduğunu bilib.

Ailə Vyatt adı verdikləri və çəkisi 2,5 kq olan körpəyə qeysəriyyə kəsiyi ilə qovuşub. Ana və körpənin vəziyyəti yaxşıdır. 

Məlumata görə, ABŞ-da hər 457 qadındna biri gizli hamiləlik yaşayır. Onlar 20 həftəyə kimi öz hamiləliklərindən xəbərsiz olurlar.